.png)
Cüdo
Yaponiya mənşəli, Olimpiya oyunlarına daxil edilmiş döyüş və idman növü
Cüdo (yaponca: “yumşaqlıq yolu”) 1882-ci ildə Cigor Kano tərəfindən yaradılmışdır. Bu döyüş növü texniki bacarıqla yanaşı, mənəvi-əxlaqi dəyərlərə də əsaslanır. Cüdo dünyada geniş yayılmış və Olimpiya oyunlarına daxil edilmiş rəsmi idman növüdür.
Cüdonun əsas məqsədi
Rəqibin gücündən istifadə edərək onu nəzarət altına almaq, yerə salmaq və ya təslim olmağa məcbur etmək.
Əsas xüsusiyyətlər
-
Qol, çiyin, bel və ayaq fəndləri ilə rəqibin yerə salınması
-
Boğucu və ağrıdıcı fəndlər (yalnız böyüklər arasında tətbiq olunur)
-
Döyüşlər tatami (xüsusi döşək) üzərində keçirilir
-
Döyüş müddəti böyüklər üçün 4 dəqiqədir
-
İdmançılar judogi (cüdo geyimi) və rəngli kəmər sistemi (ağdan qaraya qədər) ilə çıxış edirlər
Qalibiyyət yolları
Ippon:
Rəqibi tam güclə və nəzarətlə yerə atmaq, 20 saniyə yerdə saxlayaraq nəzarət altında saxlamaq və ya boğucu/ağrıdıcı fəndlə onu təslim etməyə məcbur etmək. Bu, döyüşü dərhal bitirən xal növüdür.
Waza-ari:
Tam olmayan, amma güclü fənd və ya 10–19 saniyəlik yerə nəzarət zamanı verilir. İki waza-ari bir ippon sayılır.
Yuko:
Yuxarıda göstərilən xal növlərindən daha zəif olsa da, texniki aktivliyi qiymətləndirmək məqsədilə verilir. 5–9 saniyəlik yerə nəzarət və ya az təsirli, amma texniki baxımdan düzgün atış üçün verilir. Yuko xalı birbaşa döyüşü bitirmir, lakin üstünlüyü müəyyən edə bilər.
Shido:
Qayda pozuntusuna görə verilən xəbərdarlıqdır. 3 shido alan idmançı rəqibinə ipponla uduzmuş sayılır.
Cüdonun mənəvi-əxlaqi dəyərləri
-
Hörmət
-
Ədalət
-
Özünüidarəetmə
-
Nizam və intizam
-
Təvazökarlıq
-
Dözümlülük
-
Qarşılıqlı yardım və inkişaf