AHIITA
Gündüz Məmmədov

Gündüz Məmmədov

Vəzifə:

Şahmat məşqçisi

Təcrübə

6 il

İdman Növü:

Şahmat

Qısa Bioqrafiya

Məmmədov Gündüz Məzahir oğlu
Doğum tarixi və yeri: 20 avqust 1992-ci il, Ağdam şəhəri, Qaradağlı sahəsi

Təhsili:
2010–2014-cü illərdə Odlar Yurdu Universitetinin İqtisadiyyat və Beynəlxalq Münasibətlər ixtisası üzrə ali təhsil almışdır

Peşəkar fəaliyyəti və idman nailiyyətləri:
01 may 2019-cu ildən “Qarabağ” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyində məşqçi-müəllim kimi fəaliyyətə başlamışdır
2022-ci ilin dekabr ayında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən şahmat üzrə Birinci dərəcəli hakim adı verilmişdir
2023-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Əməkdə, təhsildə və ictimai fəaliyyətlərdə xüsusi nailiyyətlərə görə” “İlin Peşəkar Gənci” adına layiq görülmüş, diplom və döş nişanı ilə təltif olunmuşdur

Hal-hazırda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Şahmat və Zəka oyunları” bölməsində məşqçi-müəllim və “Hədəf Liseyində” müəllim kimi fəaliyyət göstərir