AHIITA
İmran Qədirov

Qısa Bioqrafiya

Qədirov İmran Həsən oğlu
Doğum tarixi və yeri: 4 yanvar 1980-ci il, Beyləqan rayonu

Təhsili:
1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasına daxil olmuş, 2000-ci ildə həmin akademiyanı bitirmişdir

Peşəkar fəaliyyəti:
2001–2004-cü illərdə Bakı şəhəri, Nizami rayonu, 210 saylı məktəbdə bədən tərbiyəsi müəllimi vəzifəsində çalışmışdır
1 sentyabr 2005-ci ildən «Spartak» Bədən Tərbiyəsi və İdman Cəmiyyəti Respublika Şurası Kompleks Uşaq-Gənclər İdman Məktəbində (UGİM) məşqçi-müəllim vəzifəsində fəaliyyətə başlamışdır
1 fevral 2008-ci ildən Kompleks UGİM-nin Yunan-Roma güləşi bölməsində baş məşqçi-müəllim vəzifəsində çalışmışdır
13 mart 2023-cü ildə «Spartak» KBTİC RŞ Təşkilati işlər və kadrlar şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir
16 dekabr 2022 – 15 yanvar 2025-ci il tarixləri arasında «Spartak» KBTİC İctimai Birliyinin Sumqayıt şəhər şurasında sədr vəzifəsində çalışmışdır
25 fevral 2025-ci ildən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında "Güləş növləri" bölməsində yunan-Roma güləşi üzrə məşqçi-müəllim vəzifəsində fəaliyyət göstərir

Fəxri adları:
12 noyabr 2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Əməkdar məşqçi” fəxri adına layiq görülmüşdür