İranə Nəsirova
Vəzifə:
Şahmat məşqçisiTəcrübə
8 ilİdman Növü:
ŞahmatVəzifə:
Şahmat məşqçisiTəcrübə
8 ilİdman Növü:
ŞahmatNəsirova İranə İqbal qızı
Doğum tarixi və yeri: 23 iyul 1981‑ci il, Bakı şəhəri
Təhsili:
1988‑ci ildə Bakı şəhəri Sabunçu rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 278 saylı tam orta məktəbə daxil olmuş, 1996‑cı ildə 11‑ci sinfi müvəffəqiyyətlə başa vurmuşdur
Məktəb illərindən şahmata maraq göstərmiş və müxtəlif yerli yarışlarda iştirak etmişdir
2000‑ci ildə şahmat üzrə II dərəcə, 2014‑cü il 09 dekabr tarixində isə I dərəcə şahmat statusu almışdır
Peşəkar fəaliyyəti:
2013‑cü ildə “Albalı” uşaq bağçasında,
2018‑ci ildə “İnci” körpələr evi–uşaq bağçasında şahmat üzrə məşqçi‑müəllim kimi çalışmışdır.
2019‑cu ildə “Qarabağ” BT İctimai Birliyində mütəxəssis kimi fəaliyyətə başlamış, 2022‑ci ildən məşqçi‑müəllim vəzifəsinə keçirilmişdir.
Hal‑hazırda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Şahmat və Zəka oyunları” bölməsində şahmat üzrə məşqçi‑müəllim kimi fəaliyyətini uğurla davam etdirir