Xanlar Allahverdiyev
Vəzifə:
Şahmat məşqçisiTəcrübə
27 ilİdman Növü:
ŞahmatVəzifə:
Şahmat məşqçisiTəcrübə
27 ilİdman Növü:
ŞahmatAllahverdiyev Xanlar Xanlar oğlu
Doğum tarixi və yeri: 9 mart 1947-ci il, Gəncə şəhəri
Təhsili:
1965–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsində ali təhsil alıb
Şahmat karyerası və məşqçilik fəaliyyəti:
1960-cı ildən şahmatla məşğul olur
1964-cü ildə SSRİ-nin Kişinyov şəhərində keçirilən zona birinciliyində I yerə layiq görülüb
2015 və 2017-ci illərdə respublika şahmatçılarının Avropa və Dünya birinciliklərində qazandıqları medalların əhəmiyyətli hissəsi onun şagirdlərinə məxsusdur
Uzun illər beynəlxalq dərəcəli ustalar, FIDE Master (FM), Candidate Master (CM), ustalığa namizədlər, birinci dərəcəli şahmatçılar, beynəlxalq və respublika yarışlarının qalibləri və mükafatçıları yetişdirib
İctimai və peşəkar fəaliyyəti:
“Şahmatın İnkişafı” Dövlət Proqramının hazırlanmasında fəal iştirak edib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin komissiyasının üzvüdür
Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunda qəbul imtahanlarında ekspert kimi fəaliyyət göstərir
2004-cü ildən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Şahmat və Zəka oyunları” bölməsində məşqçi-müəllim kimi çalışır
Təltif və mükafatlar:
1989 — SSRİ Ali Soveti tərəfindən “Əmək veteranı” medalı
2013 — Azərbaycan Respublikasının “Əməkdar məşqçisi” fəxri adı
2014 — “Respublika dərəcəli hakim” adı
2016 — “Fəxri Bədən Tərbiyə və İdman İşçisi”
2016 — Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən “FIDE Arbiter” (Beynəlxalq Hakim) adı
21 dekabr 2023 — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif olunub (Xankəndi şəhərində təqdim edilib)