25 iyun tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Bilgəh Kardioloji Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idman bölmələrinin yeniyetmə idmançıları arasında badminton turniri keçirilib.
38 idmançının iştirak etdiyi turnirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, fiziki hazırlığın yüksəldilməsi, dostluq və həmrəyliyin möhkəmləndirilməsi, eləcə də badminton idman növünün inkişafına və kütləviliyinin artırılmasına töhfə vermək olub.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində, peşəkar hakimlərin iştirakı ilə keçən yarışın yekununda qaliblər müəyyənləşib:
I yer – Nihad Qubadov
II yer – Hüseyn Əhmədzadə
III yer – Sərvan Ağazadə
III yer – Binyamin Əsgərli
Qaliblər diplom və medallarla təltif olunublar.















