İyulun 3-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Bilgəh Kardioloji Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idman bölmələrinin yeniyetmə idmançıları arasında kəndirlə mübarizə yarışı keçirilib.
Yarışda AHİİTA-nın müxtəlif idman bölmələrini təmsil edən 64 yeniyetmə idmançı 8 komanda tərkibində mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın yekununda "Şahdağ" komandası I, "Gənclik" komandası II, "Canavarlar" komandası isə III yerə layiq görülüb.
Tədbirin əsas məqsədi yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği, komanda ruhunun gücləndirilməsi və fiziki hazırlıq səviyyəsinin artırılması olub.
Kəndirlə mübarizə yarışından sonra iştirakçılar çimərlik voleybolu üzrə də bacarıqlarını nümayiş etdirərək maraqlı idman anları yaşayıblar.
Sonda qalib komandalar diplom və medallarla təltif olunub.

.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)