Almaniyanın ev sahibliyi etdiyi 32-ci Ümumdünya Yay Universiadasında bədii gimnastika üzrə çıxış edən Azərbaycan qrup hərəkətləri komandası möhtəşəm nəticəyə imza atıb.
Bu gün keçirilən final mərhələsində komandamız:
-
Lentlə hərəkətlər proqramında qızıl medal,
-
3 top və 2 halqa ilə proqramda isə gümüş medal qazanaraq ölkəmizi layiqincə təmsil edib.
Azərbaycan komandasının heyətində çıxış edən idmançılar:
Yelizaveta Luzan, Dərya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova və Güllü Ağalarzadə bu mötəbər yarışmanı ümumilikdə 2 qızıl və 1 gümüş medalla başa vurublar.
Bu uğur, Azərbaycan bədii gimnastikasının dünya arenasında yüksələn xətt üzrə inkişaf etdiyini bir daha sübut edir. İdmançılarımıza, onların əzmkarlıqla çalışan məşqçilər heyətinə və bu uğurun əldə olunmasında əməyi olan hər kəsə təşəkkür edirik!