Gənclər və İdman Nazirliyi, Velosiped İdmanı Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİİTA), Balakən Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin dəstəyi ilə Balakən, Zaqatala və Qax rayonlarından 200 məktəblinin iştirakı ilə velosiped yarışı təşkil olunub.
3,5 km-lik gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda idmançılar müxtəlif yaş kateqoriyaları üzrə qalib olmaq uğrunda yarışıb.
Yarışın yekununda qalib və mükafatçılar diplom və medallarla təltif olunub, hər kateqoriya üzrə birinci yerin sahibi isə velosipedlə mükafatlandırılıb.
Uğur qazanan bütün gəncləri təbrik edirik və onlara yeni nailiyyətlər arzulayırıq.
- Ana səhifə
- Xəbərlər
- Balakəndə məktəblilər arasında velosiped yarışı keçirilib

Balakəndə məktəblilər arasında velosiped yarışı keçirilib
37mart 11, 2026





