11–13 iyul 2025-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilən “Qazaxıstan Open” beynəlxalq karate turnirində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) karateçisi Mədinə Sadıqova uğurlu çıxış edərək 3-cü yerin sahibi olub.
Turnirdə güclü rəqiblərlə mübarizə aparan Mədinə Sadıqova, öz çəkisində göstərdiyi peşəkarlıq və əzmkarlıq sayəsində fəxri kürsüdə yer almağa nail olub.