AHIITA
“Sağlam Həmkar” Minifutbol Turnirinin keçirilməsi

“Sağlam Həmkar” Minifutbol Turnirinin keçirilməsi

78iyun 4, 2026
02 iyun tarixində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) inzibati binasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatları arasında keçiriləcək “Sağlam Həmkar” minifutbol turnirinin püşkatma mərasimi keçirilib.Tədbirdə iştirakçı komandaların nümayəndələrinə turnirin əsasnaməsi, oyunların keçirilmə qaydaları, turnirin formatı, qrup mərhələsinin təqvimi və pley-off mərhələsinə vəsiqə qazanma şərtləri barədə ətraflı məlumat verilib. Həmçinin komandaların qeydiyyatı, intizam qaydaları və yarış zamanı tətbiq olunacaq texniki məsələlər iştirakçıların diqqətinə çatdırılıb. Püşkatmanın nəticələrinə əsasən komandaların qruplardakı yerləri müəyyənləşdirilib və qrup mərhələsinin oyun cədvəli formalaşdırılıb.Püşkatmanın nəticələrinə əsasən komandalar A, B, C və D olmaqla 4 qrupa bölünüblər. D qrupunda 5, digər qruplarda isə 4 komanda mübarizə aparacaq. Qrup mərhələsinin sonunda hər qrupda ilk iki yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.Qeyd edək ki, turnirdə ümumilikdə 17 komanda iştirak edəcək. Qarşılaşmalar 06 iyun–10 iyul tarixlərini əhatə edəcək.“Sağlam Həmkar” minifutbol turnirinin keçirilməsində əsas məqsəd həmkarlar ittifaqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, üzvlərin sağlam həyat tərzinin təşviqi və kollektiv ruhunun gücləndirilməsidir

Fotoşəkillər

item-0
item-1
item-2