AHIITA
Taekvondoçularımız ölkə birinciliyində 2 medal qazanıblar

Taekvondoçularımız ölkə birinciliyində 2 medal qazanıblar

27sentyabr 25, 2026

21–24 sentyabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) uşaqlar arasında taekvondo üzrə ölkə birinciliyi keçirilib.

Yarışda 72 klubdan 403 idmançı — 310 oğlan və 93 qız mübarizə aparıb.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) taekvondoçuları da yarışda uğurlu nəticə göstəriblər:

Mələk Məmmədzadə — 57 kq, qızıl medal

Nigar Şəmizadə — 36 kq, bürünc medal

İdmançılarımızı və onların şəxsi məşqçi-müəllimi, Fatma Əliyevanı təbrik edir, qarşıdakı yarışlarda uğurlar arzulayırıq!


Fotoşəkillər

item-0
item-1
item-2