AHIITA

"Sağlam Həmkar" minifutbol yarışı

  • Bakı, Böyükşor bulvarı (Azfar idman kompleksi)
  • 2026-06-06
  • 11:00

Ətraflı məlumat

“Sağlam Həmkar” Minifutbol Yarışı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzv təşkilatları arasında keçirilən “Sağlam Həmkar” minifutbol yarışı 06–28 iyun tarixlərində təşkil olunacaq.

Turnirin əsas məqsədi həmkarlar ittifaqları arasında dostluq münasibətlərinin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və kollektiv ruhunun artırılmasıdır.

Yarışın formatı

  • Turnirdə ümumilikdə 16 komanda iştirak edəcək
  • Komandalar hər birində 4 komanda olmaqla 4 qrupa bölünəcək
  • Qrup mərhələsinin ardından ən yaxşı komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar
  • Oyunlar minifutbol qaydalarına uyğun keçiriləcək
  • Turnirin açılış mərasimi ilk oyun günü keçiriləcək. Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırılması mərasimi təşkil olunacaq.

    🏆 İlk üç yeri tutan komandalar kubok, medal və diplomlarla təltif ediləcəklər.

Qeydiyyatdan Keçin