AHIITA

Nabran Trail Kütləvi Qaçış Tədbiri

  • Xəzər İstirahət Mərkəzi, Xaçmaz rayonu, Nabran qəsəbəsi,
  • 2026-11-07
  • 11:00

Ətraflı məlumat

Azərbaycan Atletika Federasiyası, Dağçılıq İdman Klubu və “Race.az” komandasının təşkilatçılığı, AHİİTA ilə tərəfdaşlıq çərçivəsində 7 noyabr 2026-cı il tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Xəzər” İstirahət Mərkəzinin ərazisində “Nabran Trail” kütləvi qaçış tədbirinin keçirilməsi nəzərdə tutulur.

Tədbirin məqsədi qaçış və sağlam həyat tərzinin təbliği, kütləvi idmanın təşviqi, eləcə də iştirakçılar arasında idmana marağın artırılmasıdır.

Yarış çərçivəsində iştirakçılara iki məsafə üzrə mübarizə aparmaq imkanı yaradılacaq:

  • 10 km – “Palçıqlı”: 97 metr hündürlük yığımı, 1 qida məntəqəsi, 3 saat vaxt limiti.
  • 21 km – “Bataqlıq”: 201 metr hündürlük yığımı, 2 qida məntəqəsi, 5 saat vaxt limiti.

Marşrutun “Xəzər” İstirahət Mərkəzindən start götürərək Samur-Yalama Milli Parkının ərazisindən, meşə cığırlarından və Xəzər dənizinin sahili boyunca keçməsi, finişin isə start nöqtəsində təşkil olunması planlaşdırılır.

Tədbirdə yerli və xarici ölkələrdən 300 nəfərə yaxın iştirakçının iştirakı gözlənilir.

Tədbirin proqramı:

  • 07:00 – Bakıdan Nabrana yola düşmə
  • 10:00–10:45 – İştirakçı nömrələrinin verilməsi
  • 11:00 – 21 km məsafəyə start
  • 11:30 – 10 km məsafəyə start
  • 14:30 – Qaliblərin mükafatlandırılması
  • 15:00–17:30 – Avtobusların Bakıya yola düşməsi

Qeydiyyat: Race.az - Trail qaçış yarışları Azərbaycanda | Race.az

  • Bakıdan yola düşən avtobuslar Gənclik metrosu yaxınlığında, Tofiq Bəhrəmov adına stadionun parkinq girişindən (Əhməd bəy Ağaoğlu küçəsi) hərəkət edəcək.

“Nabran Trail” iştirakçılara təbiət qoynunda qaçış təcrübəsi qazanmaq, fərqli cığırları kəşf etmək və fiziki fəallıqlarını sınamaq imkanı yaradacaq.

Qeydiyyatdan Keçin