“Sağlam Həmkar” Minifutbol Turniri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzv təşkilatları arasında keçirilən “Sağlam Həmkar” minifutbol turniri 06 iyun-10 iyul tarixlərində təşkil olunacaq.
Turnirin əsas məqsədi həmkarlar ittifaqları arasında dostluq münasibətlərinin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və kollektiv ruhunun artırılmasıdır.
Yarışın formatı
- Turnirdə ümumilikdə 17 komanda iştirak edəcək
- Komandalar 4 qrupa bölünəcək
- Qrup mərhələsində birnci və ikinci yerin sahibləri pley-off mərhələsinə vəsiqə qazanacaqlar
- Oyunlar minifutbol qaydalarına uyğun keçiriləcək
Turnirin açılış mərasimi ilk oyun günü keçiriləcək. Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırılması mərasimi təşkil olunacaq.
🏆 İlk üç yeri tutan komandalar kubok, medal və diplomlarla təltif ediləcəklər.
