Faiq Mursaqulov
Vəzifə:
Alpinizm məşqçisiTəcrübə
26 ilİdman Növü:
AlpinizmVəzifə:
Alpinizm məşqçisiTəcrübə
26 ilİdman Növü:
AlpinizmMursaqulov Faiq Saridan oğlu
Doğum tarixi və yeri: 1981‑ci il, Bakı şəhəri
Təhsil:
1998–2002‑ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almışdır
Pəşəkar fəaliyyəti və təltifləri:
1997‑ci ildən alpinizm idman növü ilə məşğuldur.
II dərəcəli alpinistdir.
1998‑ci ildən Həmkarlar İttifaqları Respublika Alpinist–Turist Klubunda məşqçi-müəllim, baş məşqçi və şöbə müdiri vəzifələrində çalışmışdır.
Azərbaycanın 3000 və 4000 metrlik zirvələrinə yürüşlər etmiş, bir çox çətin zirvələri fəth etmişdir.
1998‑ci ildə Qızılqaya dağ silsiləsində yerləşən və sonradan Heydər zirvəsi (3.763 m) adlandırılan zirvənin fəthində iştirak etmişdir.
2000‑ci ildə beynəlxalq alpinist yürüşlərdə iştirak edərək çətin və yüksək dağ zirvələrini fəth etmişdir
Hal‑hazırda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Döyüş növləri və fiziki hazırlıq” bölməsində alpinizm üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərir