Sərbəst güləş üzrə Almaniyanın Frankfurt şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub. Yarışda müxtəlif ölkələrdən olan yeniyetmə idmançılar iştirak edərək medallar uğrunda mübarizə aparıblar.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) yeniyetmə güləşçiləri turnirdə yüksək nəticələr göstərərək ölkəmizi layiqincə təmsil ediblər.
Məryəm Cəlilzadə
(35 kq) — I yer
Hüseyn Salamzadə (55 kq) — I yer
İsa Tanrıverdiyev (60 kq) — I yer
Bayram Əsgərzadə
(52 kq) — II yer
Ağarza Qəhrəmanov (57 kq) — II yer
Tuqay Hüseynov (60 kq) — II yer
Rian
Sultanov (36 kq) — III yer
Əlihüseyn Hüseynli (92 kq) — III yer
Medalçılarımızı və onların şəxsi məşqçi-müəllimləri — Əməkdar məşqçi Fəxrəddin Nuriyev və Amil Abdullayevi təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.
Güləşçilərimiz turniri ümumilikdə 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vuraraq komanda hesabında üçüncü yeri qazanıblar.














