Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı davam edir. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinin (AHİİTA) sərbəst güləşçiləri növbəti uğurları ilə bizləri sevindiriblər.
65 kq çəki dərəcəsində çıxış edən idmançımız Musa Ağayev bürünc medal uğrunda görüşdə ermənistanlı rəqibi Arman Musikyana 6:4 hesabı ilə qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb.
70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ramik Heybətov isə bürünc medal görüşündə ukraynalı rəqibi Mikita Sariyevi 10:0 hesabı ilə tam üstünlüklə məğlub edərək bürünc medala sahib olub.
Güləşçilərimizi və bu uğurda böyük zəhməti olan şəxsi məşqçi-müəllimləri Araz Süleymanovu təbrik edir, onlara gələcək yarışlarda yeni qələbələr və daha böyük nailiyyətlər arzulayırıq













