Astara Olimpiya İdman Kompleksində təşkil olunan qadın güləşi üzrə U-15 və U-17 yaş kateqoriyaları üzrə ölkə birinciliyində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) qadın güləşçiləri möhtəşəm uğura imza atıblar.
AHİİTA komandası yarışın yekununda 107 xalla komanda hesabında 1-ci yeri tutaraq ölkə çempionu adını qazanıb.
Yarışda qadın güləşçilərimiz 3 gümüş və 6 bürünc medal qazanaraq bu uğura töhfə veriblər. Qazanılan nəticə həm idmançılarımızın əzmini, həm də onları hazırlayan məşqçi-müəllimlərin fədakar əməyini bir daha nümayiş etdirib.
AHİİTA olaraq bu uğurda əməyi keçən bütün idmançılarımızı, məşqçilərimizi və təşkilati heyəti təbrik edir, qarşıdakı yarışlarda daha böyük qələbələr arzulayırıq.















