AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • AHİİTA idmançıları çimərlik güləşi üzrə Azərbaycan çempionatında 2 qızıl və 2 gümüş medal qazanıblar
AHİİTA idmançıları çimərlik güləşi üzrə Azərbaycan çempionatında 2 qızıl və 2 gümüş medal qazanıblar

AHİİTA idmançıları çimərlik güləşi üzrə Azərbaycan çempionatında 2 qızıl və 2 gümüş medal qazanıblar

105iyul 1, 2026

30 iyun tarixində Avropa Oyunları Parkının EGP Arena idman kompleksində keçirilən çimərlik güləşi üzrə Azərbaycan çempionatında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançıları uğurlu çıxış edərək növbəti nailiyyətə imza atıblar.

U-17 qızlar və kişilər arasında təşkil olunan yarışlarda AHİİTA təmsilçiləri ümumilikdə 2 qızıl və 2 gümüş medal qazanaraq yüksək idman hazırlığını nümayiş etdiriblər.

Yarışın nəticələri:

U-17 qızlar

  • 🥇 Fidan Babayeva (65 kq) – Qızıl medal
    • Məşqçi-müəllim: Elvin Aslanov
  • 🥈 Yağmur Məlikli (55 kq) – Gümüş medal
    • Məşqçi-müəllim: Elvin Aslanov

Kişilər

  • 🥇 Camal Feyziyev (+90 kq) – Qızıl medal
    • Məşqçi-müəllim: Əməkdar məşqçi Akif Əliyev
  • 🥈 Mürşüd Hüseynov (80 kq) – Gümüş medal
    • Məşqçi-müəllim: Əməkdar məşqçi Ruslan Şəmilov

Qazanılan nəticələr AHİİTA-nın idmançı hazırlığı istiqamətində həyata keçirdiyi sistemli fəaliyyətin və məşqçi heyətinin peşəkar əməyinin növbəti uğurlu göstəricisidir.

AHİİTA idmançılarını və onların məşqçilərini təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar və yeni qələbələr arzulayırıq.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3