27–29 avqust tarixlərində Sea Breeze-də keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançısı Camal Feyziyev möhtəşəm uğura imza atıb.
+90 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz final görüşündə ukraynalı Vaja Dayauriyə 1:0 hesabı ilə qalib gələrək Dünya Seriyasının IV mərhələsinin qızıl medalını qazanıb.
AHİİTA olaraq idmançımız Camal Feyziyevi və onun şəxsi məşqçi-müəllimi, Əməkdar məşqçi Akif Əliyevi bu əlamətdar qələbə münasibətilə təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.





