Sentyabrın 26–27-də Yunanıstanın Katerini şəhərində təşkil edilən çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının güləşçisi Camal Feyziyev (+90 kq) uğurlu çıxışı ilə yadda qalıb.
Camal Feyziyev final mərhələsində qızıl medal qazanaraq Dünya Seriyasının final mərhələsinin qalibi olub.
Bundan əlavə, Dünya Seriyasının bütün mərhələlərində toplanan xalların cəminə əsasən güləşçimiz dünya üçüncüsü adını qazanıb.
Milli komandamız isə 90 xal toplayaraq Dünya Seriyasının final mərhələsində komanda hesabında 1-ci yeri tutub.
Güləşçimizi və onun şəxsi məşqçi-müəllimi, Əməkdar məşqçi Akif Əliyevi bu möhtəşəm nəticə münasibətilə təbrik edir, gələcək yarışlarda yeni uğurlar arzulayırıq.




