AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • AHİİTA idmançıları çimərlik güləşi üzrə Azərbaycan çempionatında uğurla çıxış ediblər
AHİİTA idmançıları çimərlik güləşi üzrə Azərbaycan çempionatında uğurla çıxış ediblər

AHİİTA idmançıları çimərlik güləşi üzrə Azərbaycan çempionatında uğurla çıxış ediblər

10July 18, 2025

17–18 iyul 2025-ci il tarixlərində Bakı şəhərində yerləşən Çimərlik Arenasında keçirilmiş çimərlik güləşi üzrə yeniyetmələr və böyüklər arasında Azərbaycan çempionatı başa çatmışdır. Yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançıları uğurla çıxış edərək yüksək nəticələr əldə etmişlər.

Turnirin böyüklər arasında keçirilən yarışlarında AHİİTA-nı təmsil edən idmançıların nəticələri:

  • 70 kq — II yer: Nihad Abasov

  • 80 kq — III yer: Ülfət Məmmədov

  • +90 kq — I yer: Xəyal Xanmuradov

Yeniyetmə qızlar arasında AHİİTA komandası turnirin ən uğurlu kollektivlərindən biri kimi çıxış etmişdir. Nəticələr aşağıdakı kimidir:

  • 45 kq — I yer: Yağmur Məlikli; II yer: Gülay Xasməmmədova

  • 55 kq — I yer: Günel Kərimli; III yer: Məleykə Vəliyeva

  • 65 kq — III yer: Nuray Həsənli

Yarışın yekunlarına əsasən qaliblər və mükafatçılar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən medal və diplomlarla təltif olunublar.

Eyni zamanda, əldə olunan nəticələrə əsasən fərqlənmiş yeniyetmə idmançılar 2026-cı ildə Seneqalın Dakar şəhərində keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları üçün nəzərdə tutulan hazırlıq proseslərinə cəlb olunacaqlar.

Qazanılmış uğurlarda məşqçi heyətinin əvəzedilməz rolu xüsusi qeyd edilməlidir. Bu münasibətlə əməkdar məşqçi Ruslan Şəmilov, Elvin Aslanov və Eldar Məmmədova təşəkkür bildirilir.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5
item-6
item-7
item-8