AHIITA
Azərbaycan Basketbol Federasiyası yeni mövsüm öncəsi görüşünü keçirib

Azərbaycan Basketbol Federasiyası yeni mövsüm öncəsi görüşünü keçirib

41September 26, 2025

Azərbaycan Basketbol Federasiyası (ABF) yeni mövsüm öncəsi ənənəvi görüşünü keçirib. Tədbirdə son mövsümün yekunları dəyərləndirilib və qarşıdakı mövsümün rəsmi açılışı elan olunub.

Görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə basketbolun ölkəmizdə son illərdə qazandığı inkişafı vurğulayıb. Federasiyanın marketinq meneceri Famil Məcidov tədbiri təqdim edib, ABF prezidenti Emin Əmrullayev isə yeni mövsüm üçün fəaliyyət prinsipləri və hədəflərdən danışıb.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) üzv təşkilatı olan Gəncə Basketbol Klubu yeni mövsümdə fəal mübarizə aparacaq. Klubun oyunçuları və heyəti ölkəmizdə basketbolun inkişafına töhfə vermək üçün bütün potensiallarını səfərbər edəcəklər.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5
item-6
item-7
item-8
item-9
item-10
item-11