AHIITA
“Gəncə” FIBA Avropa Kubokunda

“Gəncə” FIBA Avropa Kubokunda

82iyul 9, 2026

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) üzvü “Gəncə” Basketbol Klubunun qarşıdakı mövsümdə FIBA Avropa Kubokunda iştirak edəcək olmasını böyük qürur hissi ilə qarşılayırıq.

Azərbaycan basketbolu tarixində ilk dəfə olaraq bölgə komandası, Gəncə şəhərinin təmsilçisi qitəmiqyaslı turnirdə mübarizə aparacaq. Ötən mövsüm çempionatın bürünc mükafatçısı və Azərbaycan Kubokunun qalibi olan “Gəncə” BK Avropa Kubokunun ilkin qrup mərhələsində çıxış edəcək.

Bu tarixi uğur münasibətilə “Gəncə” Basketbol Klubunu təbrik edir, Avropa arenasında uğurlu çıxış arzulayırıq.

 


Fotoşəkillər

item-0

Əlaqəli xəbərlər