Bakı İdman Sarayında keçirilən basketbol üzrə Azərbaycan Kubokunun final mərhələsində Gəncə BK və Sabah BK qarşılaşıblar.
Yüksək temp və gərgin mübarizə şəraitində keçən həlledici görüşdə Gəncə təmsilçisi daha üstün oyun nümayiş etdirərək 89:82 hesablı qələbə qazanıb və Azərbaycan Kubokuna sahib çıxıb.
Qeyd edək ki, bu nəticə Gəncə BK-nın tarixində ikinci kubok zəfəridir. Komanda bundan əvvəl 2023-cü ildə də ölkə kubokunun qalibi olub.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİİTA) olaraq üzv klubumuz Gəncə BK-nı möhtəşəm qələbə münasibətilə təbrik edir, kollektivə gələcək yarışlarda yeni uğurlar arzulayırıq.










