AHIITA
Gəncə Basketbol Klubu mövsümü uğurla başa vurdu

Gəncə Basketbol Klubu mövsümü uğurla başa vurdu

29may 8, 2026

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) üzv klubu Gəncə Basketbol Klubu 2025/2026 mövsümünü uğurla başa vuraraq Azərbaycan basketbolunda önəmli nəticələrə imza atdı.

Komanda bu mövsüm:
Azərbaycan Kubokunun qalibi oldu
Azərbaycan Basketbol Liqasının bürünc mükafatını qazandı

AHİİTA olaraq üzv klubumuzun əldə etdiyi bu uğurları yüksək qiymətləndirir, nəticələrdə əməyi olan rəhbərliyi, məşqçilər korpusunu, basketbolçuları, texniki heyəti və fədakar azarkeşləri  təbrik edirik.

GəncəBK region basketbolunun inkişafına verdiyi töhfə, formalaşdırdığı peşəkar mühit və nümayiş etdirdiyi mübarizə ruhu ilə Azərbaycan basketbolunun inkişafında mühüm rol oynamağa davam edir.

İnanırıq ki, klub qarşıdakı mövsümdə daha böyük hədəflərə çatacaq, beynəlxalq arenada ölkəmizi və Gəncə şəhərini layiqincə təmsil edəcək.

Qarşıdakı hədəflərə gedən yolda yeni nailiyyətlər və parlaq qələbələr diləyirik.


Fotoşəkillər

item-0