AHIITA
AHİİTA samboçularından Azərbaycan Kubokunda 13 medal

AHİİTA samboçularından Azərbaycan Kubokunda 13 medal

74iyul 8, 2026

02–05 iyul tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Sambo Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında sambo üzrə Azərbaycan Kuboku keçirilmişdir.

Yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) samboçuları yüksək nəticələr göstərərək ümumilikdə 13 medal qazanıblar. İdmançılarımız 2 qızıl, 3 gümüş və 8 bürünc medal əldə edərək komandanın uğuruna mühüm töhfə veriblər.

Yeniyetmələr arasında İbrahim Əliyev (58 kq) qızıl medal qazanıb. Nurlan Əliyev (58 kq) və Hüseyn Muradov (+98 kq) gümüş, Ümüd Əbdülov (71 kq) və Burhan Heydərli (+98 kq) isə bürünc medala layiq görülüblər.

Gənclərin yarışında Əli Əliyev (64 kq), Rahim İsmayılov (71 kq) və Murad Səmədzadə (98 kq) bürünc medal əldə ediblər.

Böyüklər arasında isə Tural Allahverdiyev (64 kq) Azərbaycan Kubokunun qalibi olub. Fuad Məmmədov (71 kq) gümüş, Abdulla Abdullayev (79 kq), Mənsur Bayramov (88 kq) və Natiq Bəşirov (98 kq) bürünc medal qazanıblar.

Ölkə Kubokunda uğurlu çıxış edən idmançılarımızı və onların nailiyyətlərində əməyi olan şəxsi məşqçi-müəllimləri, Əməkdar məşqçilər Yaqub Abdullayev və Mübariz İbrahimovu təbrik edir, onlara gələcək yarışlarda yeni uğurlar arzulayırıq.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3

Əlaqəli xəbərlər