Sambo üzrə Dünya Kubokunun sahibi, Avropa və dünya çempionatının mükafatçısı, milli komandanın məşqçisi, Azərbaycan Respublikasının fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, əməkdar məşqçi Səhliman Ağayev Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idman zalında gənc samboçularla görüş keçirib.
Görüş zamanı təcrübəli mütəxəssis öz zəngin idman yolundan bəhs edib, uğura aparan əsas amilləri bölüşüb və iştirakçılara dəyərli tövsiyələr verib.
Görüş çərçivəsində ustad dərsləri nümayiş etdirilib, müxtəlif texniki fəndlər əyani şəkildə izah olunub. Gənc idmançılar isə bu çıxışları böyük maraqla izləyiblər.
Sonda xatirə şəkilləri çəkilib və qonağa Assosiasiya tərəfindən xüsusi hədiyyə təqdim olunub.










