AHIITA
Sambo üzrə peşəkar məşqçimiz yüksək təltifə layiq görüldü

Sambo üzrə peşəkar məşqçimiz yüksək təltifə layiq görüldü

62dekabr 25, 2025

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra idmançıların və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, AHİİTA-nın güləş növləri bölməsinin sambo üzrə məşqçi-müəllimi, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, beynəlxalq dərəcəli hakim və Fəxri Diplom mükafatçısı olan Abdullayev Yaqub Bəkir oğlu “Tərəqqi” medalı ilə təltif edilib.

Onun illərlə göstərdiyi fədakar iş və Azərbaycan idmanına verdiyi töhfə yüksək qiymətləndirildi.
AHİİTA olaraq Yaqub müəllimi səmimi qəlbdən təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq!


Fotoşəkillər

item-0