18–20 sentyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən sambo üzrə böyüklər arasında dünya kubokunda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının idmançısı Tural Allahverdiyev 64 kq çəki dərəcəsində uğurlu çıxış edərək dünya kubokunun bürünc medalına layiq görülüb.
Bu münasibətlə Tural Allahverdiyevi və onun şəxsi məşqçi-müəllimi, Əməkdar məşqçi Mübariz İbrahimovu təbrik edirik!
Uğurlarınız davamlı, qələbələriniz bol olsun!


.jpeg)




