AHIITA
Samboçularımız ölkə çempionatı və birinciliklərində 8 medal qazanıblar

Samboçularımız ölkə çempionatı və birinciliklərində 8 medal qazanıblar

641yanvar 14, 2026

8–11 yanvar tarixlərində Abşeron Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında sambo üzrə Azərbaycan çempionatı və birincilikləri keçirilib.

Respublika səviyyəli bu nüfuzlu yarışda AHİİTA-nın yetirmələri ümumilikdə 8 medal qazanaraq yüksək idman hazırlığı və əzmkarlıq nümayiş etdiriblər.

Yarışın nəticələri:

Yeniyetmələr

  • Abdullətif Musayev (53 kq) – I yer

  • Asim Səlimli (98 kq) – III yer

  • Bürhan Heydərli (98+ kq) – II yer

Gənclər

  • Əli Hüseynov (71 kq) – III yer

  • Rəhim İsmayılov (79 kq) – III yer

  • Bürhan Heydərli (98+ kq) – II yer

Böyüklər

  • Tural Allahverdiyev (64 kq) – II yer

  • Sənan Hüseynov (98 kq) – III yer

Qazanılan bu uğurlu nəticələr münasibətilə idmançılarımızı, eləcə də onların şəxsi məşqçi müəllimləri – Əməkdar məşqçilər Yaqub Abdullayev və Mübariz İbrahimovu təbrik edir, göstərdikləri zəhmət və peşəkarlığa görə təşəkkürümüzü bildiririk.

AHİİTA kollektivi adından bütün idmançılarımıza və məşqçi heyətinə gələcək yarışlarda uğurlar, yeni qələbələr və daha böyük nailiyyətlər arzulayırıq.


Fotoşəkillər

item-0
item-1
item-2
item-3