Göygöl Olimpiya İdman Kompleksində keçirilən III MDB Oyunlarının sambo yarışlarında Azərbaycan idmançıları uğurla çıxış ediblər.
Yarışlarda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançısı Abdullətif Musayev (53 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Bu möhtəşəm nəticə, idmançımızın peşəkarlığı ilə yanaşı, şəxsi məşqçi-müəllimi, Əməkdar məşqçi Yaqub Abdullayevin də illərlə göstərdiyi əzmkar və fədakar fəaliyyətin bəhrəsidir.





