Azərbaycan gəncləri növbəti beynəlxalq uğura imza atıblar. Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa Universitetləri Futzal Çempionatında ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının komandası yüksək nəticə göstərərək adını finala yazdırıb.
Yarımfinal mərhələsində İspaniya təmsilçisi ilə qarşılaşan komandamız əzmkar və üstün oyun nümayiş etdirərək 5:1 hesabı ilə qələbə qazanıb və yarışın finalına yüksəlib. Bu nəticə, ali təhsil müəssisələri səviyyəsində Azərbaycanın futzal tarixində mühüm nailiyyətlərdən biri kimi qiymətləndirilir.
Komandamızın bu uğuru təkcə idman sahəsində deyil, həm də Azərbaycan tələbələrinin beynəlxalq arenada nümayiş etdirdiyi gücün və iradənin bariz nümunəsidir.
Final mərhələsində Azərbaycan İdman Akademiyası komandasına uğurlar arzulayırıq. Onların göstərdiyi ruh, birlik və əzm bu uğuru tam olaraq haqq etdiklərini sübut edir.