Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa Universitetləri Futzal Çempionatında ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının komandası uğurlu çıxışı ilə yadda qalıb.
Azərbaycan Tələbə Liqasının qalibi olan komanda 1/4 final mərhələsində Fransa təmsilçisi üzərində 5:4 hesablı qələbə qazanaraq turnirin yarımfinalına vəsiqə əldə edib.
Qeyd edək ki, Avropa Universitetləri Futzal Çempionatı tələbələr arasında idmanın inkişafı, beynəlxalq təcrübə mübadiləsi və dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli turnirlərdən biridir.
Azərbaycan təmsilçisinə növbəti mərhələdə uğurlar arzu edirik!







