AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • Azərbaycan İdman Akademiyasının futzal komandası EUSA Oyunlarını gümüş medalla başa vurub
Azərbaycan İdman Akademiyasının futzal komandası EUSA Oyunlarını gümüş medalla başa vurub

Azərbaycan İdman Akademiyasının futzal komandası EUSA Oyunlarını gümüş medalla başa vurub

42iyul 27, 2026
15-25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən “European Universities Games – Salerno 2026” beynəlxalq idman turnirinin futzal yarışlarına yekun vurulub.Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA), Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ) və Azərbaycan İdman Akademiyasının (ASA) dəstəyi ilə ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının futzal komandası turniri gümüş medalla başa vurub.Final görüşündə komandamız Xorvatiyanın University of Split komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib və rəqib 4:3 hesabı ilə üstün olaraq çempionluğa yiyələnib. Azərbaycan İdman Akademiyasının komandası isə nüfuzlu turnirin gümüş medalını qazanıb.Bundan əlavə, Azərbaycan İdman Akademiyasının tələbəsi Ədalət Ələkbərov turnirin ən yaxşı beş oyunçusundan biri seçilərək fərdi mükafata layiq görülüb.Komandamızı qazandığı gümüş medal münasibətilə təbrik edir, gələcək yarışlarda yeni uğurlar arzulayırıq.

Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5
item-6
item-7
item-8

Əlaqəli xəbərlər