Azərbaycan İdman Akademiyasının futzal komandası EUSA Oyunlarının yarımfinal mərhələsində İspaniyanın University of Seville komandası ilə qarşılaşıb. Əsas vaxtı 3:3 hesabı ilə başa çatan görüşdə komandamız penaltilər seriyasında 5:3 hesablı qələbə qazanaraq finala vəsiqə əldə edib.
Təmsilçimiz bu gün final görüşündə Xorvatiyanın University of Split komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Komandamıza həlledici görüşdə uğurlar arzulayırıq!
















