17– 25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir.
Çempionatda ölkəmizi Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.
Ölkəmizi təmsil edən komanda iyulun 16-da Xorvatiyaya yola düşüb.
Keçirilən ilk oyunda komandamız 5:1 hesabı ilə İsveçrə komandasına qalib gəlib.
İkinci oyunda isə Azərbaycan İdman Akademiyası Xorvatiyanın Split Universitetinə qarşı 6:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, komandanın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının dəstəyilə həyata keçirilir.
- Ana səhifə
- Xəbərlər
- Azərbaycan İdman Akademiyasından Avropa Universitetləri Futzal Çempionatında Möhtəşəm Start

Azərbaycan İdman Akademiyasından Avropa Universitetləri Futzal Çempionatında Möhtəşəm Start
29July 21, 2025