Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) təşkilatçılığı ilə 25–26 may tarixlərində 13 respublika komitəsinin üzvlərinin övladları arasında şahmat turniri keçirilib
Turnirdə komandalar hər biri 2 qız və 2 oğlan şahmatçıdan ibarət olmaqla formalaşdırılıb və iştirakçılar komanda şəklində mübarizə aparıblar. Yarışda ümumilikdə 62 şahmatçı iştirak edib.
Yarışın nəticələrinə əsasən:
1-ci yer — Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzvlərinin övladlarından ibarət komanda
2-ci yer — Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzvlərinin övladlarından ibarət komanda
3-cü yer — Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzvlərinin övladlarından ibarət komanda
Tədbirin əsas məqsədi uşaqlar arasında intellektual inkişafın təşviqi, şahmat idman növünə marağın artırılması, sağlam rəqabət mühitinin formalaşdırılması və iştirakçılar arasında dostluq münasibətlərinin gücləndirilməsidir.
Turnirin sonunda bütün iştirakçılar sertifikatlarla, qalib komandaların üzvləri diplom, medal və hədiyyələrlə, komandalar isə kubokla təltif olunublar.
























