Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİİTA) tərəfindən Novruz bayramına həsr olunmuş şahmat üzrə təsnifat turniri təşkil olunub.
3 gün davam edəcək turnirdə məktəblilər 2-ci, 3-cü və 4-cü dərəcələr uğrunda maraqlı və gərgin qarşılaşmalarda öz ustalıqlarını nümayiş etdirəcəklər. Turnir şahmat idman növünün inkişafına töhfə vermək, gənc idmançıların yarış təcrübəsini artırmaq və sağlam idman mühitini təşviq etmək məqsədini daşıyır.
Turnirin yekununda qalib gələn iştirakçılar kubok, medal və diplomlarla təltif olunacaqlar.
İdmançılara uğurlar arzulayırıq.





















