Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə U-12 qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
Təhsil Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunmuş yarışda AHİİTA-nın şahmatçısı Məryəm Nuriyeva bürünc medal qazanmışdır.
Qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.
İdmançımızı və onun şəxsi məşqçi-müəllimi İnara Topçiyevanı təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq.
Qeyd edək ki, birincilikdə ilk 6 yeri tutan şahmatçılar Azərbaycan çempionatında iştirak etmək hüququ qazanmışdır.















