AHIITA
Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib

580oktyabr 27, 2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Gənclik Könüllü Tələbə İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Zəfər” şahmat turniri keçirilib.

Turnir 26 oktyabr 2025-ci il tarixində Bakı İdman Sarayında baş tutub və yarışda 14 ali təhsil müəssisəsini təmsil edən tələbələr iştirak ediblər. Hər ali təhsil müəssisəsindən bir kişi və bir qadın komandası olmaqla, ümumilikdə 28 komanda mübarizə aparıb.

“Zəfər” turniri xalqımızın azadlıq, birlik və milli qürur uğrunda qazandığı tarixi Qələbənin rəmzidir. Bu adın daşıdığı mənəvi dəyər yarışın əsas ideyasını əks etdirərək, zəfər ruhunun gənclər arasında yaşadılmasına və Azərbaycan gəncliyinin intellektual potensialının nümayişinə xidmət edir.

Turnirin məqsədi tələbələrin intellektual bacarıqlarının inkişaf etdirilməsi, məntiqi və strateji düşünmə qabiliyyətlərinin gücləndirilməsi, eləcə də gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.

Yarışın yekununda qalib komandalar diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.

Qadınlar arasında nəticələr:

I yer – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

II yer – Azərbaycan Dillər Universiteti

III yer – Azərbaycan Memarlıq və İnşaat Universiteti

Kişilər arasında nəticələr:

I yer – Azərbaycan Memarlıq və İnşaat Universiteti

II yer – Bakı Ali Neft Məktəbi

III yer – Bakı Dövlət Universiteti


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5
item-6

Əlaqəli xəbərlər