AHIITA
Gənc istedad Banu Əli dünya arenasında fərqləndi

Gənc istedad Banu Əli dünya arenasında fərqləndi

559noyabr 4, 2025

Türkiyənin Antalya şəhərində keçirilən 100 xanalı dama üzrə gənclər arasında Dünya Çempionatında Azərbaycan nümayəndəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) istedadlı idmançısı Banu Əli uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb.

Yarışlarda yüksək nəticə göstərən gənc idmançımız sürətli dama üzrə 7 turdan 10 xal toplayaraq gümüş medal, blitz dama üzrə isə 7 turdan 8 xal toplayaraq bürünc medal qazanıb.

Bu uğur, Banu Əlinin beynəlxalq səviyyədə artan təcrübəsinin və Azərbaycan dama məktəbinin yüksələn inkişaf səviyyəsinin bariz göstəricisidir.


Fotoşəkillər

item-0
item-1

Əlaqəli xəbərlər