Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) Şahmat və Zəka Oyunları bölməsinin təşkilatçılığı ilə “Yay macərası” uşaq düşərgəsində şahmat yarışı keçirilib.
Yarışda 89 düşərgə iştirakçısı mübarizə aparıb. Gərgin və maraqlı keçən yarışın sonunda qaliblər medal və hədiyyələrlə mükafatlandırılıblar.



























