Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİİTA) tərəfindən təşkil olunan şahmat üzrə təsnifat turniri başa çatıb.
Üç gün davam edən turnirdə məktəblilər II, III və IV dərəcələr uğrunda gərgin və maraqlı qarşılaşmalarda mübarizə apararaq öz bacarıqlarını nümayiş etdiriblər.
IV dərəcə
1-ci yer – İbrahimov Nuran
2-ci yer – Məmmədzadə Nəriman
3-cü yer – Qaçayev Fuad
III dərəcə
1-ci yer – Əsədov Məhəmməd
2-ci yer – Nərimanlı İbrahim
3-cü yer – Nəcəfov Ağəli
II dərəcə
1-ci yer – Əlizadə İsmayıl
2-ci yer – Xudaverdiyev Atilla
3-cü yer – Şirinzadə Nigar
Turnirin sonunda fərqlənən iştirakçılar kubok, medal və diplomlarla təltif olunublar. Bütün qalibləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.























