AHIITA
  • Ana səhifə
  • Xəbərlər
  • “Soydaş Uşaqlar” Beynəlxalq Şahmat Turnirində AHİİTA təmsilçilərindən uğurlu çıxış!
 “Soydaş Uşaqlar” Beynəlxalq Şahmat Turnirində AHİİTA təmsilçilərindən uğurlu çıxış!

“Soydaş Uşaqlar” Beynəlxalq Şahmat Turnirində AHİİTA təmsilçilərindən uğurlu çıxış!

36July 21, 2025

16–17 iyul tarixlərində keçirilmiş “Soydaş Uşaqlar” Beynəlxalq Şahmat Turniri Türk dünyasının istedadlı uşaqlarını bir araya gətirərək yadda qalan idman və dostluq atmosferi yaradıb. Turnir Azərbaycan, Qazaxıstan və Özbəkistandan olan 6–15 yaşlı şahmatçıların iştirakı ilə FIDE qaydalarına uyğun şəkildə təşkil olunub.

🎙️ Turnirin açılış mərasimi çərçivəsində çıxış edən hörmətli qonaqlar bu təşəbbüsün əhəmiyyətindən bəhs edərək, onun gənclərin intellektual inkişafında və beynəlxalq təcrübə qazanmasında mühüm rol oynadığını vurğuladılar.

Çıxış edənlər sırasında:
• Vilayət Vəliyev – Azərbaycan Texniki Universitetinin rektoru
• Hilal Salmanov – Elm və Təhsil Nazirliyinin sektor müdiri
• Camaləddin Quliyev – AHİK sədrinin müşaviri
• Fikrət Sideifzadə – Azərbaycan Şahmat Federasiyasının baş məşqçisi, beynəlxalq dərəcəli hakim
• Gülnar Məmmədova – Qrosmeyster, Azərbaycanın qadın şahmat yığma komandasının üzvü

🏅Yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) Şahmat və Zəka Oyunları bölməsinin yetirmələri uğurla çıxış ediblər! 

🏆 Turnirin RAPİD (10+5) mərhələsində:
🥈 Zavir Hacızadə – II yer
👩‍🏫 Əməkdar məşqçi: İnara Topçiyeva

⚡ BLİTZ (3+2) mərhələsində isə:
🏅 Hüseyn Məmmədzadə – IV yer
👨‍🏫 Məşqçi-müəllim: Gündüz Məmmədov

🎖️ İlyas Əli – V yer
👨‍🏫 Məşqçi-müəllim: Məhərrəm Cəfərov

✨Bu uğurlar bir daha sübut etdi ki, gənc şahmatçılarımız beynəlxalq səviyyədə də iddialı və rəqabətə davamlıdırlar. Turnirdə iştirak edən bütün şahmatçılarımıza, onları hazırlayan məşqçilərə təşəkkür edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq! 💪


Fotoşəkillər

item-0
item-1
item-2
item-3
item-4
item-5
item-6
item-7
item-8
item-9
item-10
item-11

Əlaqəli xəbərlər