İyulun 6-da start götürən və 12-dək davam edəcək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U20 Avropa çempionatında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) yunan-Roma güləşçiləri uğurlu çıxış edərək 1 qızıl və 2 gümüş medal qazanıblar.
🥇 55 kq – Emin Cavadlı
(Məşqçi-müəllim: Əməkdar məşqçi Akif Əliyev)
🥈 77 kq – Cavidan Nehmətov
(Məşqçi-müəllim: Sənan İsgəndərov)
🥈 87 kq – Orxan Hacıyev
(Məşqçi-müəllim: Əməkdar məşqçi Rəşad Rəşidov)
İdmançılarımızı və məşqçilərimizi bu möhtəşəm uğur münasibətilə təbrik edir, gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq.





























