Gəncə İdman Sarayında təşkil olunan yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan birinciliyi davam edir. Yarış çərçivəsində yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Yunan-Roma güləşi üzrə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinin (AHİİTA) idmançıları uğurlu çıxışları ilə fərqləniblər.
Qızıl medalçılar:
• Emin Cavadlı (55 kq) – məşqçi-müəllim: Əməkdar məşqçi Akif Əliyev
• Maksut Cankurtaran (60 kq) – məşqçi-müəllim: Fuad Aydınlı
• Tural Əhmədov (63 kq) – məşqçi-müəllim: Fuad Aydınlı
• Murad Əliyev (67 kq) – məşqçi-müəllim: Fuad Aydınlı
• Orxan Hacıyev (87 kq) – məşqçi-müəllim: Əməkdar məşqçi Rəşad Rəşidov
Gümüş medalçılar:
• Cavidan Nehmətov (77 kq) – məşqçi-müəllim: Sənan İsgəndərov
• Zaur Hüseynli (82 kq) – məşqçi-müəllim: Əməkdar məşqçi İslam Cəfərov
• Abdulla Həsənov (87 kq) – məşqçi-müəllim: Fuad Aydınlı
Bürünc medalçılar:
• Ayxan Əsədli (60 kq) – məşqçi-müəllim: Fuad Aydınlı
• Fuad Hüseynli (97 kq) – məşqçi-müəllim: Əməkdar məşqçi İslam Cəfərov
• Elməddin Rzayev (130 kq) – məşqçi-müəllim: Eldar Məmmədov
Komandamız yarışda 5 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq ümumilikdə 9 medalla yunan-Roma güləşi üzrə çıxışını başa vurub.
İdmançılarımızı və onların hazırlanmasında əməyi olan bütün məşqçilərimizi təbrik edir, sərbəst güləş üzrə davam edən yarışlarda da uğurlar arzulayırıq.
Xatırladaq ki, U-20 Azərbaycan birinciliyi fevralın 7-dək davam edəcək.































