İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançıları Tural Əhmədov (63 kq) və Turan Daşdəmirov (55 kq) gümüş medala layiq görülüblər.
Tural Əhmədov yarımfinalda Yunanıstan təmsilçisini 11:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Final görüşündə isə rusiyalı rəqibinə uduzaraq ikinci yeri tutub.
Turan Daşdəmirov isə ukraynalı idmançını məğlub etdikdən sonra finalda rusiyalı rəqibi ilə 1:1 hesablı bərabərliklə başa çatan görüşdə “ilk xal” prinsipinə əsasən məğlub olub və gümüş medal qazanıb.