Abşeron Olimpiya İdman Kompleksində keçirilən U-20 Azərbaycan çempionatının yunan-Roma güləşi üzrə üçüncü yarış günü gənc idmançılarımız üçün uğurlu nəticələrlə yadda qalmışdır. Onlar yüksək hazırlıq səviyyəsi nümayiş etdirərək fəxri kürsüyə yüksəlmişlər.
55 kq çəki dərəcəsində Coşqun Hacıyev üçüncü yerə layiq görülmüşdür.
63 kq çəki dərəcəsində Tural Əhmədov birinci, Əli Seyidəlili isə üçüncü yeri tutmuşdur.
72 kq çəki dərəcəsində Xalid Həsənov üçüncü yeri qazanmışdır.
82 kq çəki dərəcəsində Cavidan Nəhmətov birinci, Məhəmməd Əhmədov isə üçüncü yerin sahibi olmuşdur.